SOSİAL MEDİA &
DİGİTAL
KOMMUNİKASİYA
AGENTLİYİ
BAKI & TBİLİSİ

Peşəkar üzvlərdən ibarət İmpler komandası kommunikasiya, PR və Digital Marketinqlə bağlı çox müxtəlif layihələrdə çalışmaq təcrübəsinə sahibdir. Fəaliyyətimizə 2012-ci ildə başlamışıq, hazırda Azərbaycanda uzun müddət fəaliyyət göstərən, böyük təcrübəyə sahib, işinə peşəkarlıqla yanaşan və işini sevən agentliklərdən biriyik. 2014-cü ildən etibarən Gürcüstanda da fəaliyyət göstəririk.

Digital kommunikasiyaya fokuslanmağımıza baxmayaraq inteqrasiya olunmuş layihələrin icrası üçün oflayna da keçirik – ATL, BTL və Event istiqaməti üzrə də lazımı işləri həyata keçirmək imkanımız var.

Agentliyimiz həm yerli, həm də xarici şirkətlərlə uzunmüddətli iş təcrübəsinə malikdir. FMCG və Retail (gündəlik təlabat malları və pərakəndə satış) sahəsində daha təcrübəli olsaq da, bütün sahələrdən olan müştərilərə kömək etməyə hazırıq – əsas odur ki, müştəri və iş maraqlı olsun.

Kommunikasiya işində kreativlik və dizaynla yanaşı, kontetin gücünə çox inandığımız üçün layihələrimizə kontentyönümlü düşüncə ilə yanaşırıq. Əgər siz də “Kontent şahdır!” deyirsinizsə, doğru ünvana gəlmisiniz.

  • Sosial
    Media
    Marketinqi
  • PR və
    kommunikasiya
  • Veb
    həllər
  • Onlayn
    reklam
    kampaniyaları
  • Yazı-pozu
    işləri

Sosial Media Marketinqi

Sosial Media Marketinqi

Sosial Media sahəsindəki təcrübəmizə əsaslanaraq hər bir müştəri üçün effektiv Sosial Media strategiyaları təklif edirik. Azərbaycanda məşhur olan Facebook, Instagram, Youtube kimi Sosial Media vasitələrindən başqa, layihələrin məqsədlərinə uyğun olaraq digər bir çox digital alətlərini tətbiq edə bilirik. Brend üçün ən uyğun kontent formaları seçir və hazırlayırıq. Biz, məhsul və xidmət haqqında şirkətin əməkdaşları qədər məlumat toplayır, bu informasiya bazasını iş prosesində çevik şəkildə istifadəçilərə çatdırırıq. Nəticə olaraq, onlayn CRM (müştərilərlə ünsiyyət) işini də yüksək səviyyədə təşkil edirik.

  • Sosial Media Strategiyası
  • Kontent hazırlanması və Kopiraytinq xidməti
  • Onlayn CRM
  • Ödənişli Sosial Media reklamı
  • Məlumatların analizi və hesabatı

PR və Kommunikasiya

PR və Kommunikasiya

İctimaiyyətlə əlaqələrdə məqsədlər əsasən eynidir – nüfuz yaratmaq və ya möhkəmləndirmək, hədəf kütlə ilə əlaqələri idarə etmək və müsbət imic formalaşdırmaq. Məqsədlərə çatmağın yolları isə fərqli ola bilər – biz marka, şirkət və təşkilatlara İctimaiyyətlə Əlaqələr və kommunikasiya işində doğru istiqamətə yönləməkdə kömək edirik. Müştəriləri, potensial auditoriyanı, rəqibləri analiz edərək PR strategiya hazırlayır, icra üçün ən effektiv alətləri seçir və planı reallaşdırırıq. Partnyorlarımızla birgə müxtəlif event layihələri də həyata keçiririk.

  • PR strategiyaları və dəstəyi
  • İmicin idarə olunması, krizis menecmenti
  • İnfluencer-lərin cəlb edilməsi
  • Media ilə əlaqələrin qurulması

Veb həllər

Veb həllər

Biz Sizə bütün brauzerlər və cihazların (mobil telefonlar, planşetlər, kompüterlər) dəstəklədiyi veb həllər təklif edirik. Azərbaycanda və digər ölkələrdə çalışan təcrübəli peşəkarları cəlb etməklə komandamız ən müxtəlif veb həlləri reallaşdıra bilər.

  • Veb saytların yaradılması - şirkət və brend saytları
  • SEO (Axtarış saytları üçün optimizasiya) və mobil optimizasiya
  • Mobil tətbiqetmələr

Onlayn reklam kampaniyaları

Onlayn reklam kampaniyaları

Lazımı marketinq və kommunikasiya mesajlarını İnternet üzərindən hədəf auditoriyanıza çatdırmaq istəyirsinizsə, sizə kreativ kampaniyalar təklif edirik. Ehtiyac olduğu təqdirdə onlayın reklamın müxtəlif növlərini (reklam bannerləri, rich- media, brenləşdirmə, video) istifadə edə, kontent marketinq, influencer ilə əməkdaşlıq kimi işlərdə dəstəkçiniz olarıq.

  • Kreativ həllər və strategiyalar
  • Ödənişli reklam xidməti
  • Tətbiqlərin, oyunların, müsabiqə, promo və landing səhifələrin hazırlanması
  • Məzmun marketinqi (sponsorlu məqalələr)

Yazı-pozu xidmətləri

Yazı-pozu xidmətləri

Sözlər çox güclüdür, əgər doğru yerdə və doğru zamanda deyilərsə. Düzgün seçilmiş sözlər sizin ideya və mesajlarınızı potensial müştərilərinizə effektiv şəkildə çatdırmağa qadirdir. Komandamız Sizə qeyd olunan kopiraytinq xidmətlərini göstərməyə hazırdır:

  • Reklam mətnlərinin hazırlanması
  • Brend və şirkətlər üçün adlandırma (naming)
  • Video/audio çarxlar və təqdimatlar üçün ssenari
  • Saytlar və müxtəlif çap məhsulları üçün kontent
  • Azərbaycan, rus, ingilis, gürcü dillərinə kreativ adaptasiyalar.

İlqar
Mirzə

Direktor

Vüsalə
Həsrətli

Müştəri
təmsilçisi

Team member

Orxan
Əliyev

Art
Direktor

Gülşən
Orucova

Qrafik
dizayner

Sevinc
Vəliyeva

Sosial
Media meneceri

Maka
Demurishvili

Sosial
Media meneceri

Team member

Günay
Cavadzadə

Kontent üzrə
menecer

Komandamıza
qoşul!

CV və
portfolio üçün: cv@impler.com

Xidmətlərimizlə maraqlanırsınızsa, bizimlə işləmək və ya əməkdaşlıq etmək istəyirsinizsə, Sizi hər zaman eşitməyə şad olarıq. Zəhmət olmasa, bu kiçik formanı dolduraraq sizə necə yardımçı ola biləcəyimiz barədə bizə məlumat verin. Əlaqə vasitələrimiz də xidmətinizdədir: 
Email:  info@impler.com 
Tel: (+994) 55 2285153